Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub.
"Keşlə" - "Baltsan" (Malta)
"Neftçi" - “Uypeşt” (Macarıstan)
"Qəbələ" - “Proqres” (Lüksemburq)
Ümumilikdə 47 cütün formalaşdığı 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.
saytlarin hazirlanmasi