"Qarabağ"ın yeni transferi Filip Ozobiç Bolqarıstanın "Ludoqorets" klubu ilə yoxlama görüşündə ilk dəfə Ağdam klubunun heyətində meydana çıxıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi debütündən danışıb:
"Qarabağ"da ilk görüşüm idi. Yoxlama matçı olmasına baxmayaraq, yaxşı oynadıq. Rəqibimiz "Ludoqorets" də kifayət qədər güclü komandaydı. Oyundan razı qaldım. Yeni bir mövqedə oynadım, ilk dəfəydi hücumçu kimi oynayırdım. Baş məşqçimizin tapşırığı idi, məncə, pis alınmadı".
saytlarin hazirlanmasi