Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın debütantı öz əvəzediciləri ilə qarşılaşıb. Görüş əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində qollara Elgün Nəbiyev və Famil Camalov imza atıblar.
Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu iyulun 7-də “Səbail”ə qarşı keçirəcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.
saytlarin hazirlanmasi