SOCAR-dan AFFA-ya ünvanlanan ödəmələrin marşrutunda problemlər yaranıb.
Neft şirkəti 2 aya yaxındı federasiyaya pul çatdırmaqda məcburi fasiləyə yol verib.
Nəticədə qurum vasitəsilə maliyyələşən Premyer Liqa və I Divizion klubları çıxılmaz durumda qalıb. Artıq iyuldu, gəl ki, onlar ötən mövsümün son ayında - mayda almalı olduqları vəsaiti hələ də almayıblar.
AFFA isə onların qapısını döyənlərə problemin SOCAR-dan qaynaqlandığını və nə vaxt həllini tapacağını bilmədiklərini deyiblər (Sportinfo.az).
saytlarin hazirlanmasi