Meksika millisinin kapitanı Rafael Markes karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 39 yaşlı müdafiəçi DÇ-2018-in 1/8 finalında Braziliyaya 0:2 hesabı ilə uduzduqları görüşdən sonra bu barədə qərar verib.
Markes 5 fərql dünya çempionatında (2002, 2006, 2010, 2014, 2018) oynayan 3 futbolçudan biridir.
Qeyd edək ki, təcrübəli sima “Atlas”, “Monako”, “Barselona”, “Nyu-York Red Bullz”, “Leon”, “Verona” kimi klublarda çıxış edib. Markes millidə 146 oyun keçirib və 19 qol vurub.
saytlarin hazirlanmasi