Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini keçəcəyi Türkiyədə yoxlama oyununda ikinci rəqibi bəlii olub.
Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri Qətərin Super Liqa təmsilçisi "Əl Şahaniya" klubuyla qarşılaşacaq.
Matç iyulun 15-də saat 16:00-da keçiriləcək.
İyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq və ilk olaraq yerli komanda “Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi iyulun 12-də saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, “Səbail” iki həftəlik Türkiyə toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.
saytlarin hazirlanmasi