"Trabzonspor"un və millimizin hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi reallaşmayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçunun Avstriya klubu ilə danışıqları müsbət nəticələnməyib. Şeydayev komandanın baş məşqçisi Ünal Karamana komandanın Slovakiyadakı təlim-məşq toplanışına qatılmaq istədiyini deyib. Mütəxəssisin razılığı ilə Şeydayev "bordo-mavililər"in düşərgəsinə qoşulub.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
saytlarin hazirlanmasi