Son Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə start verir.
Sportal.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında səfərdə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.
Qeyd edək ki, cütün cavab oyunu iyulun 18-də baş tutacaq.
Çempionlar Liqası, I təsnifat mərhələsi
İlk oyun
11 iyul
22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerrye, 79
Qırmızı vərəqə: Qara Qarayev, 90+1
Baş hakim: Lourense Visser (Belçika)
Lyublyana. “Stojitse” stadionu
"Qarabağ": Vaqner Da Silva, Qara Qarayev, Maksim Medvedev (k), Miçel, Mahir Mədətov, Abdullah Zubir, Filip Ozobiç, Yakub Jezniçak, Bədavi Hüseynov, Donald Gerrye, Coşqun Diniyev
Ehtiyat oyunçular: Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Simeon Slavçev, Dani Kintana, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov
"Olimpiya": Alyaj İvaçiç, Makki Banyak, Marko Qayiç, Rok Kronaveter, Abass İssa, Aris Zarifoviç (k), Dino Ştiqleç, Marko Putinçanin, Stefan Saviç, Tomislav Tomiç, Daniel Avramovski
Ehtiyat oyunçular: Neyts Vidmar, Leo Eyup, Daniyel Mişkiç, Qoran Brkiç, Kinqsli Boatenq, Nik Kapun, Matiç Çrniç
saytlarin hazirlanmasi