“Keşlə” Avrop Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Yuri Maksimovun rəhbərlik etdiyi komanda səfərdə Maltanın “Baltsan” klubunun qonağı olacaq.
Bu, paytaxt təmsilçisinin “Keşlə” adı altında ilk avrokubok matçıdır. Eyni zamanda baş məşqçi Yuri Maksimov da “Keşlə” ilə avrokubok oyununda debüt edəcək.
12 iyul
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) 4:1
Qollar: Alfred Efionq, 12, Lekao, 21, Boyan Kalyeviç, 33, Kadu, 56 - Sezar Meza Kolli, 24
Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)
Ta Qali. "Sentenari" stadion