“Püşkatmadan sonra “Keşlə”ni təhlil etməyə başladıq. Rəqibimizin güclü və zəif tərəflərini öyrənmişik".
Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Maltanın “Baltsan” klubunun baş məşqçisi Marko Miçoviç deyib. Serbiyalı mütəxəssis “Keşlə”yə çətin anlar yaşadacaqlarını bildirib: "Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Keşlə”yə çətin anlar yaşatmağa çalışacağıq. Bütün gücümüzlə mübarizə aparmağa söz verirəm. Biz onlar üçün təhlükəli komanda deyilik”.
“Baltsan” - “Keşlə” matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi