“Zirə” yay fasiləsində ilk əcnəbi transferlərini həyata keçirib.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, "qartallar" 2 oyunçu ilə anlaşıb.
Bunlar yarımmüdafiəçilər Bilal Hamdi və Dilan Duventrudu. Hər iki fransalı futbolçu yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. Hamdinin 27 yaşlı, Duventrunun isə 29 yaşı var.
Qeyd edək ki, adıçəkilən oyunçuların sonuncu klubu Kipr təmsilçisi “Alki” olub.