Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.
Sportal.az xəbər verir ki, Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytı məlumat yayıb. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 58 yaşlı mütəxəssis 2 milyon avro təzminata razılaşdırılıb.
Xorxe Sampaoli ilə 2017-ci ildən millini çalışdırırdı. Onun rəhbərliyi altında Argentina yığması DÇ-2018-in 1/8 finalında Fransaya 3:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırmışdı.
saytlarin hazirlanmasi