Futbol üzrə İslandiya millisinin baş məşqçisi Heymir Hadlqrimsson istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Hadlqrimssonun başçılıq etdiyi İslandiya millisi DÇ-2018-də qrupu 4-cü pillədə tamamlayaraq, mundialı erkən tərk etmişdi.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014-cü ildən İslandiya millisinin “sükanı arxasında” çalışırdı.
Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Hannes Halldorsson da İslandiya yığmasının üzvüdü.
saytlarin hazirlanmasi