"Trabzonspor" millimizin üzvü Ramil Şeydayevlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "bordo-mavililər"in çalışdırıcısı Ünal Karaman 22 yaşlı forvardın icarəyə verilməsini istəyib. Performansı məşqçilər korpusunu qane etməyən hücumçu komandanın Slovakiya toplanışına qatılmayacaq.
Şeydayev “Trabzonspor”un Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ötən gün Xorvatiyanın “Lokomotiva” klubu ilə oyunda komandasının yeganə qoluna imza atmışdı.
Şeydayev son mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
saytlarin hazirlanmasi