“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu iki oyunun nəticəsinə görə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Əgər təmsilçimiz “Kukesi” səddini keçəcəyi halda, III mərhələdə qarşılaşacağı potensial rəqiblər bəlli olub. "Qarabağ" iyulun 23-də keçiriləcək püşkdə 11 klubla qarşılaşa bilər.
“Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 24-25-də, cavab görüşü iyulun 31-də və ya avqustun 1-də olacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
Səpələnmişlər
"Legiya" (Polşa) - "Spartak" (Slovakiya) cütünün qalibi
"Zalsburq" (Avstriya)
"Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan) cütünün qalibi
"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) cütünün qalibi
"Astana" (Qazaxıstan) - "Midtulland" (Danimarka) cütünün qalibi
Səpələnməmişlər
"Malmö" (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi
BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) cütünün qalibi
"Dinamo" (Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail) cütünün qalibi
"Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) cütünün qalibi
AEK (Yunanıstan)
saytlarin hazirlanmasi