Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Səbail” bu gün daha bir yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yerli “Sivasspor” klubu üz-üzə gəlib. Görüş Superliqa klubunun qələbəsi ilə başa çatıb – 2:1. "Səbail"in yeganə qolunu 78-ci dəqiqədə Ağabala Ramazanov penaltidən vurub.
Qeyd edək ki, “Səbail” ilk matçında “Gənclərbirliyi”nə 0:3 hesabı ilə uduzub, ikinci oyunda isə Qətər klubu “Əl Şəhaniyə”yə ilə 2:2 hesablı bərabərə qalıb.
saytlarin hazirlanmasi