“Sabah” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Premyer Liqamızın debütantı serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1 illik müqavilə bağlayıb. 33 yaşlı qolkiper bu komandada 30 nömrəli futbolkada çıxış edəcək.
Saşa karyerası ərzində Serbiyanın “Radniçki 1932”, “Napredak”, “Srvena Zvezda”, Qazaxıstanın “Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.
saytlarin hazirlanmasi