Roberto Bordin "Neftçi"dən qovulur?

00:07 - 21 İyul 2018

Avropa Liqasının I təsnifat mərhələsinin "Uypeşt"lə Macarıstandakı cavab oyununda biabırçı nəticə ilə üzləşən “Neftçi” məğlubiyyətin günahkarını tapıb.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi 0:4 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Roberto Bordindən ciddi narazı qalıb. İtaliya mətbuatında yer alan xəbərə görə, Bordinin "Neftçi"dəki macəraları Premyer Liqada mövsüm başlamamış bitə bilər. Onun postundan qovulmaq ehtimalı yüksəkdir.

 

Qeyd edək ki, Bordin "Neftçi"ni iki oyuna çıxarıb. Bakıda "Uypeşt"i 3:1 hesabı ilə yenən "ağ-qaralar", səfərdə 4 cavabsız qol buraxıb.

Xəbər xətti