Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Topaz Premyer Liqanın debütantı qardaş ölkənin birinci liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu 13-cü dəqiqədə Tural Qürbətov vurub.
Xatırladaq ki, komanda Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Giresunspor”la 1:1 hesablı heç-heçə etmişdi.
saytlarin hazirlanmasi