"Bursaspor"un hücumçusu Con Delarge "Qarabağ"a transfer olmaq üzrədir.
Sportal.az xəbər verir ki, Türkiyə mətbuatı 26 yaşlı hücumçu üçün "Qarabağ"ın 200 min dollar təzminat ödəyəcəyi haqda məlumat yayıb. Konqo millisinin üzvünün transferinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Delarqe "Dunayska Streda", "Slovan Liberets", "Admira" və "Osmanlıspor" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi