"Qarabağ"ın 170 min avroluq transferi

13:51 - 22 İyul 2018

“Qarabağ” “Bursaspor”un futbolçusu Con Delarqenin transferini yekunlaşdırıb. 

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçunun keçidində "yaşıl timsahlar"la razılıq əldə edib. 28 yaşlı forvardın transferi üçün "Qarabağ" 170 min avro təzminat ödəyəcək. Delarqe yaxın günlərdə Bakıya gələcək və müqavilə imzlayacaq. Müqavilə iki illik nəzərdə tutulub.

 

 

Qeyd edək ki, Delarqe "Dunayska Streda", "Slovan Liberets", "Admira" və "Osmanlıspor" kimi klublarda çıxış edib.

Xəbər xətti