“Sabah” daha 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, qapıçı Tərlan Əhmədli ilə 1, müdafiəçi Kərim Diniyevlə və yarımmüdafiəçi Vadim Abdullayevlə isə 2 illik müqavilə bağlanıb.
Tərlan 1, Kərim 5, Vadim isə 6 nömrəli formada çıxış edəcək.