"Sportinq" "Atletiko"dan FIFA-ya şikayət etdi

18:59 - 27 İyul 2018

Jelson Martinşin "Sportinq"dən pulsuz olaraq, Madrid "Atletiko"suna transfer olması iki klub arasında problem yaradıb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçunu yetişdirən Lissabon klubu "Atletiko"nun bu keçiddə qanunsuzluq etdiyini əsaslandıraraq, FIFA-ya şikayət edib. "Sportinq" rəsmi saytında "hindular"ın transferdə etik davranmadığını və FIFA-nın qaydalarına riayət etmədiyini qeyd edib.

 

Əlavə edək ki, Portuqaliya millisinin üzvü olan yarımmüdafiəçi "Atletiko"ya azad agent statusu ilə keçib və 6 illik müqavilə imzalayıb.

Xəbər xətti