Lafferti "Qarabağ"a gələcək?

10:23 - 30 İyul 2018

Şimali İrlandiya millisinin və Şotlandiyanın "Harts" klubunun futbolçusu Kayl Laffertinin adı yenidən "Qarabağ"la hallanmağa başlayıb.

 

Sportal.az xəbər verir ki, Böyük Britaniya mətbuatı 30 yaşlı forvardla "Qarabağ", Cənunbi Koreyanın "Seul" və Şotlandiyanın "Reyncers" klublarının maraqlandığını yazmışdı. Harts" Laffertini transfer etmək istəyən klubun 750 min funt-sterlinq ödəməli olduğunu qeyd edib.

 

Ada mətbuatında yayılan son məlumata görə şimali irlandiyalı forvard "Qarabağ"ın gündəmində deyil və bu keçid reallaşmayacaq.

 

Qeyd edək ki, Lafferti ötən mövsüm "Harts"ın heyətində 35 oyuna 12 qol vurub.

Xəbər xətti