"Səbail"in yeni transferi Enrike Moura Perillio ilə bağlı maraqlı məlumat yayılıb.
Sportal.az Kosta-Rika mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ailə həyatı qurduqdan sonra karyerasını başa vurmağa hazırlaşırmış. Rəssam xanımla ailə həyatı quran 27 yaşlı futbolçu bu işlə peşəkar səviyyədə məşğul olmaq istəyib və və bu səbəbdən futboldan getmək barədə qərar verib. Kosta-Rikanın "Deportivo Saprissa" klubundan ayrıldıqdan sonra bir müddət təklif almayan futbolçu həyat yoldaşı ilə bu işdə biznes qurmağı düşünüb. Ancaq "Səbail"in təklifindən sonra Moura bu məsələni təxirə salıb.
Qeyd edək ki, Enrike karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda çıxış edib.