Şotandiyanın "Harts" klubunun hücumçusu Kayl Laffertinin "Qarabağ"a gəlmək istəməməsinin səbəbi bəlli olub.
Sportal.az xəbər verir ki, şimali irlandiyalı hücumçu ailə məsələsinə görə Ağdam klubuna keçmək istəməyib. 30 yaşlı futbolçunun həyat yoldaşı Vanessa Çanq hamilədir. Lafferti dünyaya göz açacaq övladını Şotlandiyada böyütmək istəyir. Bu səbəbdən Lafferti “Qarabağ” və Cənubi Koreyanın “Seul" klubundan gələn təklifdən imtina edib. Lafferti ilə Şotlandiyanın "Reyncers" klubu da maraqlıdır.
Qeyd edək ki, Lafferti ötən mövsüm "Harts"ın heyətində 35 oyuna 12 qol vurub.
saytlarin hazirlanmasi