"Kukesi"nin kapitanı: "Qarabağ" əvvəlki səviyyəsində deyil"

20:42 - 31 İyul 2018

“Bizi çətin oyun gözləyir. İlk oyunda yaxşı nəticə qazandığımıız düşünürəm”.

 

Sportal.az xəbər verir ki, bu sözləri sabah ÇL-in II təsnifat mərhələsində “Qarabağ”la  qarşılaşacaq Albaniyanın “Kukesi” klubunun kapitanı Yili Şameti deyib.

 

34 yaşlı müdafiəçi sabah baş tutacaq görüşdə əllərindən gələni edəcəklərini vurğulayıb: “Bu oyuna ciddi yanaşırıq. Ən yaxşı şəkildə hazırlaşmışıq. Meydanda sona qədər mübarizə aparacağıq. Ən yaxşısını etmək üçün əlimizdən gələni edəcəyik”. 

 

Albaniyalı oyunçu “Qarabağ”ın ötən illə müqayisədə zəiflədiyini bildirib: “Ötən illə müqayisə etsək, “Qarabağ”ın əvvəlki səviyyədə olmadığını deyərdim. Hiss olunur ki, 2-3 ən yaxşı futbolçusunu itirib. Amma “Qarabağ”ı zəif komanda adlandırmaq olmaz. Həmçinin, kimisə xüsusi fərqləndirmək düzgün deyil”.

 

Qeyd edək ki, sözügedən görüş sabah 21:00-da baş tutacaq.

Xəbər xətti