BATE-nin futbolçusu: "Qarabağ" keçə biləcəyimiz rəqibdir"

10:33 - 2 Avqust 2018

"Son iki ildə üç dəfə doğma meydanda heç-heçədən sonra qalib gəlirik.  Niyə belə alındığını demək çətindir.  Düzü, mənim üçün evdə və ya səfərdə qazanılan qələbənin fərqi yoxdur. Əsas məsələ komandamızın mərhələ keçməsidir".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan BATE klubunun futbolçusu İqor Staseviç deyib.  

 

Hüumameyilli yarımmüdafiəçi bir həftə sonra "Qarabağ"a keçirəcəkləri matç haqda danışıb. 32 yaşlı futbolçu "Qarabağ" haqda cüzi məlumatlara sahib olduqlarını bildirib: "Finlandiya klubunu mübarizədən kənarlaşdırdıq. İndi bizi "Qarabağ" gözləyir. Tezliklə matçın hazırlıqlarına başlayacağıq. "Qarabağ" haqda cüzi məlumatımız var. Bilirik ki, komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb və nəticə əldə edib.  Komandanın heyətində səviyyəli və güclü futbolçular yer alıb.  Ancaq düşünürəm ki, "Qarabağ" keçə biləcəyimiz rəqibdir".

 

Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasındakı ilk matç avqsutun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. 

Xəbər xətti