“Sabah” növbəti mövsümə hazırlığı davam etdirir.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışından qayıtdıqdan sonra iki günlük istirahətə buraxılan paytaxt klubu məşqləri bərpa edib. “Sabah” axşam saatlarında “Əlincə Arena”da məşqə çıxıb.
“Sabah” Topaz Premyer Liqasının 1-ci turunda səfərdə “Keşlə” ilə qarşılaşacaq. Bu oyun avqustun 12-də keçiriləcək.