Azərbaycan millisi UEFA Millətlər Liqasında D Liqasının III qrupunda Farer adaları, Malta və Kosovo bir qrupda çıxış edəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan və Kosovo arasında keçiriləcək oyunlar neytral stadionda baş tutacaq. Avrokubok oyunlarında kosovolu oyunçular Azərbaycana gələ bilmirlər. Buna səbə isə Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasıdır. Belə olan halda Azərbaycan - Kosovo oyunları neytral meydanda keçiriləcək. UEFA yekun qərarını oyuna az müddət qalmış açıqlayacaq.
Kosovo DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə ilə qarşılaşmanı Polşada keçirmişdi. Ukrayna Kosovonun müstəqlliyini tanımadığı üçün UEFA belə bir qərar vermişdi.
Qeyd edək ki, millimiz Kosovonu sentyabrın 7-də qəbul edəcək. Bu komandaların cavab oyunu noyabrın 20-də keçiriləcək.
saytlarin hazirlanmasi