"Sumqayıt" daha iki transfer edib.
"Gənclik şəhəri" təmsilçisi son olaraq "Qarabağ"da çıxış edən Arif Daşdəmirovla anlaşıb. O, qarşıdakı bir mövsümdə "Sumqayıt"ın uğurları üçün çalışacaq. Bundan əlavə, son olaraq, Rusiyanın "Yenisey" klubunda çıxış edən Sərdar Sərdarov da "Sumqayıt"a keçib. 24 yaşlı rusiyalı futbolçu ilə 1 illik anlaşma əldə edilib. Bu barədə Sportal.az-a klubun idman direktoru Zamiq Hüseynov söyləyib.
Qeyd edək ki, Sərdarov Rusiyanın U-17, U-19, U-21 millilərində çıxış edib. Vinger bir müddət əvvəl AFFA-nın onu milliləşdirmək istədiyini açıqlamışdı.
saytlarin hazirlanmasi