"Sumqayıt"ın yeni transferi Portuqaliya klubunda

14:32 - 4 Avqust 2018

Avstriyanın “Qarabağ Vyana” klubunun dağılmasından sonra “Sumqayıt”la müqavilə imzalayan Dmitri Nağıyev daha sonra komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin sabiq üzvü karyerasını Portuqaliyada davam etdirəcək. 22 yaşlı müdafiəçi adıçəkilən ölkənin I divizionunda çıxış edən "Kova-da-Piedadi" klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Nağıyev "Sumqayıt"la müqavilə imzalayanda “xaricdən təklif gələrsə, sərbəst qalmaq hüququna malikdir” bəndi salıbmış. Bu səbəbdən də “gənclik şəhəri” təmsilçisi Dimanın qabağını kəsə bilməyib. 

Xəbər xətti