"Keşlə" və "Qəbələ" komandaları arasında baş tutan yoxlama oyunundan sonra "Keşlə"nin düşərgəsində qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, matç başa çatdıqdan sonra futbolçular - Denis Silva və Murad Qayalı əlbəyaxa olublar. Buna futbolçulardan birinin söyüş söyməsi səbəb olub. Ehtiyat oyunçular arasında baş tutan qalmaqalı digər futbolçular sakitləşdiriblər.
Ancaq hər şey bununla başa çatmayıb. Belə ki, qalmaqal daha sonra klubun avtobusunun yaxınlığında davam edib. Burada futbolçular bir-birilərinə zərbə endirməkdən çəkinməyiblər. (Futbol11.az)
saytlarin hazirlanmasi