"Səbail" Meksika millisinin sabiq üzvünü baxışa dəvət etdi

12:16 - 5 Avqust 2018

“Səbail” növbəti transferi həyata keçirmək üçün hərəkətə keçib. 

 

Sportal.az xəbər verir ki, "aslanlar" son olaraq Kiprin "Ermis" klubunda çıxış edən meksikalı hücumameyilli yarımmüdafiəçi Edqar Paçekonu baxışa dəvət edib. 28 yaşlı futbolçunun son durumu məşqçiləri qane etsə, onunla müqavilə imzalanacaq. Paçeko saytımıza verdiyi açıqlamada hələ ki, müqavilə imzalamadığını bildirib.

 

Maraqlıdır ki, Edqar 3 həftə öncə Kiprin I Divizionunda çıxış edən “Doksa” klubu ilə razılaşsa da, komandanın düşərgəsini tərk edib.

 

Edqar karyerası ərzində “Atlas”, “Uanl Tiqres”, “Leon”, “Mineros de Sakatekas”, “Keretaro”, “Kanvon”, “Əl-Nayma” kimi komandalarda çıxış edib.  Futbolçu Meksikanın əsas milli komandasının heyətində 5 oyun keçirib və 1 qol vurmağı bacarıb.   

Xəbər xətti