Kasilyas karyerasını başa vuracağı tarixi açıqladı

17:17 - 5 Avqust 2018

"Portu"da çıxış edən əfsanəvi qapıçı İker Kasilyas futbolçu karyerasına nöqtə qoyacağı tarixi açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı əlcək sahibi RTP-yə açıqlamasında mövsümün sonunda əlcəklərini mıxdan asacağını deyib: "Karyeramda yalnız iki klubda çıxış etdim. Uzun illər "Real" kimi tarixin ən böyük komandasında oynadım. Daha sonra "Portu" kimi güclü klubun şərəfini qorudum. Karyeramdan çox məmnunam Milli komandamla Avropa və dünya çempionu olmuşam. Mövsümün sonunda "Portu" ilə müqaviləm başa çatacaq. Karyeramı müqaviləm bitəndən sonra məhz burda tamamlayacam".

 

Qeyd edək ki, Kasilyas 10 yaşında "Real"ın aşağı yaş qruplarına yazılıb. 25 il Madrid klubunda çıxış edən ispaniyalı çəçivə qoruyucusu 2015-ci ildən "Portu"nun şərəfini qoruyur.

Xəbər xətti