"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi

14:10 - 6 Avqust 2018

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın püşk nəticəsində potensial rəqibi bəlli olub.

 

Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdırsa, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Xəbər xətti