UEFA Sənan Qurbanovla Təmkin Xəlilzadəni sərt şəkildə cəzalandırdı

12:13 - 6 Avqust 2018

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və millimizin də üzvü olan futbolçusu Təmkin Xəlilzadə UEFA tərəfindən sərt cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Sport24.az-a əsas komandanın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

Səfiyarlı cəzaların Avropa Liqasının I təsnifat mərhələsində "Proqress"lə cavab oyununda xoşagəlməz olaylarla bağlı olduğunu bildirib: "Təmkin həmin matçda rəqib futbolçuya zərbə endirməsi üzündən birbaşa qırmızı vərəqə aldığına görə dah ağır - 4 oyunluq cəza alıb. Qurbanov isə "texniki zona" qaydalarını pozduğuna görə 2 oyun komandanı meydana çıxara bilməyəcək. Artıq bu cəzalarla bağlı UEFA-dan rəsmi məktub almışıq və apellyasiya verməyimiz nəzərdə tutulmayıb".
 

Xatırladaq  ki, “Qəbələ” Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, evdəki ilk matçda 0:2 hesabıyla uduzduğundan Avroliqada mübarizəni erkən dayandırıb.

Xəbər xətti