Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsində evdə BATE-yə 0:1 hesabı ilə uduzan “Qarabağ”ın avrokuboklardakı uzunmüddətli seriyası qırılıb.
Sportal.az xəbər verir ki, Ağdam klubu 5 ildən sonra avrokubokların təsnifat mərhələsinin ev oyununda məğlubiyyətlə üzləşib.
Ağdam təmsilçisi sonuncu dəfə Avropa Liqasının 2013/14 mövsümünün pley-offunda Almaniyanın “Ayntraxt” klubuna evdə uduzmuşdu – 0:2. Həmin zamandan bəri Qurban Qurbanovun komandası avrokubokların təsnifat mərhələsində keçirdiyi 14 matçın 8-də qələbə qazanmış, 6-da heç-heçə eləmişdi.
saytlarin hazirlanmasi