"Sumqayıt" düşərgəyə dəvət etdiyi millimizin sabiq qolkiperi Andrey Popoviçlə bağlı qərar verib.
"Gənclik şəhəri" təmsilçisi 26 yaşlı qapıçı ilə müqavilə bağlamayıb. O, komandanın düşərgəsini tərk edib. Bu barədə Sportal.az-a klubun idman direktoru Zamiq Hüseynov söyləyib: "Popoviçi PFL-ə sifariş etmədik. Bu transfer müəyyən səbəblərdən alınmadı. Gələcəkdə onun keçidi mümkündür".
Millimizdə 2 oyun keçirən Popoviç "Bakı", "Abşeron", "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ"də çıxış edib. Andrey 2 ildir ki, rəsmi oyun keçirmir.
saytlarin hazirlanmasi