Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
"Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.
Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə "Zenit"də "Trabzonspor"a keçmişdi. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.
saytlarin hazirlanmasi