"Beşiktaş" və "Sevilya"nın transfer hədəfində olan "Portu"nun hücumçusu Vinsent Abubakar qərarını verib.
Sportal.az xəbər verir ki, Kamerun millisinin üzvü komandadan ayrılmayacağını bildirib: "Çox yaxşı komandayıq. Azarkeşləri xoşbəxt etmək istəyirəm. Hazırda fikrimi komandama cəmləmişəm".
Qeyd edək ki, 26 yaşlı forvard 2014-cü ildə "Loryan"dan "Portu"ya transfer olub. Abubakar 2016/17 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirib.
saytlarin hazirlanmasi