Cerrard sabiq "Qəbələ"lini təriflədi

16:47 - 14 Avqust 2018

Ötən mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də oynayan Endi Hallideylə bağlı çıxış etdiyi "Reyncers"in baş məşqçisi Stiven Cerard xoş sözlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi 26 yaşlı futbolçunun Şotlandiya Premyer Liqasının 2-ci turunda "Sent Mirren"lə matçdakı performansından razı qalıb: "Endi bu mövsüm ilk oyununda yaxşı çıxış etdi. Kluba gələrkən futbolçular haqda fərqli şeylər eşidirdim. Bəzən müsbət sözlər qulağımıza çatmırdı. Amma məncə, insanlara dəyər vermək lazımdır. Hallidey bu oyunda özünü yaxşı tərəfdən göstərdi. O, bütün məşqlərdə yaxşı çalışır. Məncə, biz ona güvənə bilərik. O, oynamaq üçün şansını gözləyirdi və biz bu fürsəti verdik. Onun oynamaq hirsi var. Endi yalnız meydanda deyil, ehtiyatda da vacib futbolçudur. "Reyncers" üçün önəmli oyunçudur".

 

Qeyd edək ki, Hallidey "Qəbələ"də 8 oyun keçirmişdi.

Xəbər xətti