Belarus millisinin sabiq üzvü Vyaçeslav Qleb karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, BATE-nin yarımmüdafiəçisi Aleksandr Qlebin qardaşı olan Vyaçeslav 35 yaşında butslarını mıxdan asıb.
Onun son olaraq, ölkəsinin “Neman” klubunda çıxış edib. Belrus yığmasında 45 oyuna 12 qol vuran hücumçu karyerası ərzində Almaniyanın “Ştutqart”, “Hamburq”, “Fraknfurt”, İsveçrənin “Qrashopper”, Çinin “Şanxay Şenxua”, “Şençjen Rubi”, Yunanıstanın “Kalloni” klublarında legioner həyatı yaşayıb, eləcə də ölkəsində “MTZ-Ripo”, “Dinamo” (Minsk), “Qomel”, “Torpedo-BelAZ”, “Krumçakı” kimi komandaların formasını geyinib.
Vyaçeslavın böyük qardaşı Aleksandr Qlebin isə 37 yaşı var. Qleb BATE-nin heyətində Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirilən hər iki görüşdə meydana çıxıb.
saytlarin hazirlanmasi