"Qarabağ"ı mübarizədən kənarlaşdırdı, təyinatı rəsmiləşdi

15:36 - 17 Avqust 2018

Belarusun BATE klubu baş məşqçi postunu müvəqqəti olaraq tapşırdığı Aleksey Baqa ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasında 2 mərhələ keçərək, pley-offa yüksələn Borisov təmsilçisi 37 yaşlı mütəxəssisin işindən razı qalıb. Klub rəhbərliyi Baqanın təyinatını rəsmiləşdirib.

 

Qeyd edək ki, BATE ÇL-in II təsnifat mərhələsində Finlandiya HİK-ini, III mərhələdə isə Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı. "Sarı-göylər" pley-offda Hollandiya təmsilçisi PSV ilə qarşılaşacaq.

Xəbər xətti