Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının II turuna təsadüf edib. Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.
Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.
yer futbolçu oyun
1 Mahmud Qurbanov 421
2 Azər Məmmədov 388
3 Rəşad Sadiqov 386
4 Aslan Kərimov 382
5 Rəşad Abdullayev 378
6 Aqil Məmmədov 363
7 İsmayıl Məmmədov 351
8 Rahid Əmirquliyev 350
saytlarin hazirlanmasi