Topaz Premyer Liqasının II turu “Sabah”ın futbolçusu Saşa Stamenkoviç üçün yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, serbiyalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
“Sumqayıt”la ev matçına qədər hesabında 99 oyun olan qolkiper yubileyi “Əlincə Arena”da qeyd edib. Lakin onun yubileyi uğursuz alınıb və 4 top buraxan qapıçının komandası meydandan xalsız ayrılıb – 1:4.
Ölkəmizdə 2011/12 mövsümündə debüt edib, 4 il “Neftçi”nin formasını geyinən və bu yay Azərbaycana qayıdan Stamenkoviç 100 matçda 99 qol buraxıb. Saşa Premyer Liqadakı 5-ci mövsümündə 2-ci klubunun şərəfini qoruyur.