Malta millisinin UEFA Millətlər Liqasında Farer adaları və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Ray Farruciya 26 futbolçuya dəvət göndərib. Milliyə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu dəvət olunub.
Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan");
Müdafiəçilər: Ferdinando Apap ("Viktoria Hopspurs"), Andrey Acus, ("Hibernians"), Jozef Mbonq ("Hibernians"), Stiv Borq ("Valletta"), Rayab Kamilleri ("Valletta", Jozef Zerafa ("Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan"), Zak Muskat ("Pistoyoze", İtaliya);
Yarımmüdafiəçilər: Yoan Bessina ("Hibernians"), Danstan Vella ("Hibernians"), Roderik Briffa ("Qriza Yunayted"), Xuan Korbalan ("Qriza Yunayted"), Pol Fenek ("Brikirkara"), Ceyk Qrek ("Brikirkara"), Rayan Fenek ("Slima Uonderers"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana");
Hücumçular: Endryu Koen ("Qriza Yunayted"), Alfred Effionq ("Baltsan"), Yan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Brikirkara"), Andre Şembri ("Apollon", Kipr).
Qeyd edək ki, Malta millisi sentyabrın 7-də Farer adalarnın qonağı olacaq. Kollektiv sentyabrın 10-da Azərbaycan millisini qəbul edəcək. Ta Qali Milli stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi