Topaz Premyer Liqasının 2-ci turunun rəmzi komandası açıqlanıb.
Sportal.az xəbər verir ki, rəmzi heyətdə "Qarabağ"ın 5 futbolçusu yer alıb. Bunlar qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Yakub Jezniçakla Abbas Hüseynov və yarımmüdafiəçi Mahir Mədətovla Filip Ozobiçdir.
Rəmzi komandada "Neftçi", "Zirə", "Qəbələ" və "Səbail"dən heç bir oyunçu yer almayıb.