“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının III turunda səfərdə “Keşlə”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, gənc çalışdırıcı öncə oyun barədə danışıb:
- Gərgin oyun olacağını gözləyirdik. Çünki “Keşlə”də də vəziyyət yaxşı deyildi. Futbolçularıma təşəkkür edirəm, oyuna yaxşı kökləndilər. Səhvlər etməməyə çalışdıq. Yaxşı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, hər oyuna belə çıxmalıyıq. Bu oyundan sonra çempionatda fasilə yaranacaq. Bundan maksimum istifadə etməyə çalışacağıq.
- Baş məşqçi kimi Premyer Liqada ilk qələbənizi qazandınız. Bu, sizin üçün nə deməkdir?
- Futbolçu kimi belə qələbələr hiss etmişdim. Əlbəttə, xoş idi. Ardıcıl olması çox vacibdir, bunun üçün üzərimizdə çalışmalıyıq.
- Çempionatda yaranacaq fasilə komandanı tonusdan salmayacaq?
- Sonuncu pillədə qərarlaşdığımız üçün futbolçuların üzərində bir qədər təzyiq var idi. Düşünürəm ki, bundan sonra daha istəkli olacağıq. Yaranan fasilədə çox çalışmalıyıq.
saytlarin hazirlanmasi