Məşhur futbolçu karyerasını başa vurdu

19:00 - 30 Avqust 2018

ABŞ millisinin sabiq üzvü Klint Dempsi futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu sosial şəbəkə hesbaında məlumat verib.

 

“Fulhem”, “Tottenhem” kimi klublarda forma geyinən Dempsi, son olaraq, ABŞ-ın “Sietl Saunder” klubunda oynayıb.

 

Qeyd edək ki, Dempsi ABŞ yığması ilə 141 oyunda iştirak edib və 57 qola imza atıb. O, yığmada ən çox qol vuran futbolçudur.

Xəbər xətti